LAYİHƏ HAQQINDA
“Harmony Residence” yaşayış kompleksi mənzil anlayışında fikirləri dəyişmək məqsədini güdür. Hər gün tikilən göydələnlərdən fərqli olaraq, “Harmony Residence” sadəcə bina deyil. Sözün əsl mənasında yaşamaq və həyatdan zövq almaq üçün yaradılan məkandır. Bu müasir yaşayış kompleksi 18 mərtəbə və 3 blokdan ibarətdir. 126 mənzilin hər biri xüsüsi olaraq inşa olunub. Biz bu layihəyə başlayarkən ətrafımıza ən yaxşı memar və inşaatçıları topladıq ki, mükəmməl nəticə əldə edək. Və nəticə özünü çox gözlətmədi. Yaşayış kompleksində rahat yaşamaq üçün hər bir şəraiti yaratdıq. Fasiləsiz olaraq isti və soyuq suyu təmin edəcək qazanxana qurduq. 208 avtomobillik qaraj tikdik. Müasir tələblərə cavab verən texnologiyalardan istifadə etdik. Bütün bunlar barədə növbəti səhifələrdə sizə ətraflı məlumat verəcəyik.
ƏTRAF MÜHİT
“Harmony Residence” – həyat tərzidir. Müasir və sürətli şəhər həyatının içində, sanki səhrada yaradılmış oazis kimi. Binanın həyətində gül ləkləri, ağaclar və kollar, yaşıl ot örtüyü var. Piyadalar üçün xüsusi yollar çəkilib, gəzintidən yorulanlar üçün isə oturacaqlar qoyulub. Biz balaca sakinlərimizi də unutmamışıq. Onlar üçün kompleksin həyətində uşaq meydançası yaratmışıq. Bu da öz növbəsində uşaqların fiziki cəhətdən sağlam olmasına yardım edəcək. Sakinlərimizin rahatlığı üçün hər gün çalışırıq.
Bundan əlavə şəhərimizin bu hissəsində yaşıllıq üstünlük təşkil etdiyi üçün havanın oksigenlə daha zəngin olması labüddür. Mənzilinizdən Xəzər dənizinə açılan mənzərə ruhunuzda harmoniya yaradacaq. Sağlam həyat tərzinə üstünlük verənlər üçün bu məkan əsl tapıntıdır.
TEXNİKİ XASİYYƏTNAMƏLƏR
Aydın məsələdir ki, ev əldə etmək istəyən hər bir kəsi ilk növbədə binanın necə inşa olunduğu marağlandırır. Əminliklə deyə bilərik ki, “Harmony Residence” yaşayış kompleksi ən qabaqcıl texniki tələblərə və standartlara cavab verir. Materillar Avropa istehsalıdır. Biz binanın inşası zamanı yalnız yüksək keyfiyyətli tikinti materiallarından istifadə etmişik. Binanın üzlənməsində istifadə olunan materiallar ekoloji cəhətdən təmiz və təhlükəsizdir. Bunun üçün AVROPA istehsalı olan Kompakt Laminant məhsulundan istifadə etmişik. Onların alışma ehtimalı sıfıra bərabərdir. Binanın seysmikliyi 9 baldır. Bütün mənzillərdə istilik və səs izolyasiyası mövcuddur. Bu da o deməkdir ki, siz ətraf səslərdən qorunmuş, eviniz qışda isti, yayda isə sərin olacaq.
Binanın VRV isitmə və soyutma sistemi var. VRV tipli kondisioner sistemi səssiz işləyir, enerji sərfiyyatına qənaət edir.
BELÇİKA istehsalı olan “Reynaers” pəncərə sistemələri evinizi səs-küydən, toz-torpaqdan qoruyacaq. Bu pəncərə brendinin əsası 1965-ci ildə Belçikada qoyulub. Şüşələr isə Guardian brendinə məxsusdur. Guardian yüksək keyfiyyətli beynəlxalq standartlarina cavab verən AMERİKA markasıdır. Bu şüşələr ultrabənövşəyi şuaların mənzilə daxil olmasının qarşısını alır. Yəni pəncərəni bağlamaqla özünüzü ətraf mühitdən tamamilə təcrid edə bilərsiniz.
Bina mərkəzi internet şəbəkəsi və kabel tv ilə təchiz olunub. Dünyada baş verənlərdən birinci Siz xəbər tutacaqsınız.
sakinlər üçün daha bir sürprizimiz var. Belə ki, kompleksin bütün mənzillərinin mətbəxlərində müasir induksiya plitələri təmin olunacaq. Bu plitələrin işi mətbəxdə təkcə dadlı yeməklər bişirməklə bitmir. Birincisi onlar elektrik enerjisinə kifayət qədər qənaət edir, ikincisi isə çox təhlükəsizdirlər. Qazanı plitənin səthinə qoymasanız onun gözlükləri işə düşməyəcək, onu plitənin üstündən götürən kimi isə gözlüklər avtomatik sönəcək. Müasir mətbəx texnologiyası sayəsində yeməklər daha tez hazır olacaq.
Vacib məsələlərdən biri də, bəlkə də ən əsası lift məsələsidir. Çoxmərtəbəli binaların liftləri sürətli və təhlükəsiz olmalıdır. Buna görə də, hər blokda 3 ədəd lift olmaqla ən gabaqcıl dünya markası nəzərdə tutulub.
Binanın mərkəzi istilik sistemi kaskad tipli İTALİYA istehsali olan İTALTHERM istilik sistemidir. Yəni binanın öz qazanxanası var.
Hər bir mənzildə AVROPAnın aparıcı şirkətinin istehsal etdiyi, yüksək keyfiyyətə malik dəmir qapılar quraşdırılacaq.
PLANLAŞDIRMA VƏ TƏMİR İŞLƏRİ
Mənzilin rahatlığı onun sahəsindən asılıdır. Lakin ağıllı və düzgün bölünmüş otaqlar, hər bir kvadrat metrin doğru istifadə olunması mənzili daha rahat və komfortlu edir. Əlverişli planlaşdırma isə hər bir mənzil sahibinin arzusudur. Elə bu arzunuzu rəhbər tutaraq, biz hər bir mənzil üçün bir neçə variantda planlaşdırma təklif edirik. Siz bu variantlardan istifadə edərək mənzilinizin sahəsindən heç bir kvadrat metr də itirməyəcəksiniz. İnteryerdə daha çox sahə udacaqsınız. Böyük sahəli mənzillərin yataq otaqlarında qarderob və sanitar qovşağı yerləşdirilmişdir.
Sizə daha bir maraqlı təklifimiz var. Biz əlverişli şərtlər əsasında “Harmony Residence”dən əldə etdiyiniz mənzili təmir edə bilərik. Bizim peşəkar təmir briqadamız tez bir zamanda ən mürəkkəb təmir işlərinin öhdəsindən gəlmək bacarığına malikdir. Təmir zamanı yalnız keyfiyyətli tikinti materiallarından istifadə edərək, zaman və pulunuza qənaət edirik. Ən maraqlı dizayn həlləri ilə sizin zövqünüzü öxşamağa hazırıq.
Sonda xüsusi olaraq qeyd etmək istəyirik ki, şezlonqlar və duş kabinələri ilə təchiz edilmiş solyarium zonası yalnız "Harmony Residence" penthaus sahiblərinə xidmət göstərəcəkdir.